Tərcüməçilik kompetensiyası
1. Tərcümə prosesində mühüm amil olmaqla, dərk etmək reseptiv kompetensiyasını eyni zamanda qısa və dürüst ifadə etmənin daha məhsuldar kompetensiyasını birləşdirir. Başqa sözlə, tərcüməçilik kompetensiyası ilkin mətnin başa düşülmə bacarığını və mətnin tərcümə dilində yaradılması bacarığını özündə birləşdirir. Belə olduğu halda, tərcüməçinin həyat təcrübəsi onun biliklərinin fonu kimi özünü əks etdirir. Tərcüməçilik kompetensiyasının komponentləri arasında tərcümə dilinin idiomatik səviyyəsini bilmək böyük əhəmiyyət kəsb edir. Bundan başqa, tərcüməçilik kompetensiyası tərcümə prosesində iki mədəniyyətin, iki dilin elementlərini birləşdirir. İlkin mətnə tam şəkildə iqtiqamətlənməklə, tərcüməçi axtarış prosesinə qədər qəbul edərkən, o, orijinalı tərcümədə necə ifadə edə bilməsi prosesinə qoşulur. 2. Onun diferensiasiyası iki səviyyədə mövcuddur: 1) janra görə (elmitexniki mətn, bədii mətn və s.) və 2) istiqamət üzrə (ana dilindən xarici dilə və xarici dildən ana dilinə). Bu kompetensiyalardan hər biri, öz növbəsində, iki subkompetensiyanı (ilkin dildəki reseptiv sferanı və tərcümə dilindəki produktiv sferanı) əhatə edir. Hər iki subkompetensiya bir-birini qarşılıqlı şəkildə əvəzləyir və tamamlayır. Burada mətnlərin tərcüməçi üçün məzmun və üslubi cəhətdən zəruri dərəcədə kommunikativ ekvivalentliyi vacibdir. Məhz tərcüməçilik kompetensiyasının bu tekstual xarakteri göstərir ki, heç də hər iki dili mükəmməl bilən şəxslər yaxşı tərcüməçi ola bilmir. 3. Tərcüməçi tərcümə olunan mətni necə başa düşür, o, tərcümənin strategiyasını necə qurur və yenidən qurur, vəziyyətdən asılı olaraq, deyim üçün hansı funksional perspektiv seçir, orijinal əsasında mətni yenidən necə yaradır - bütün bunlar tərcüməçinin dil, həm dildənkənar, həm də reseptiv, reproduktiv kompetensiyası deməkdir. Bu kompetensiyanın bütün növləri bir-biri ilə üzvü surətdə bağlıdır və ümumiləşərək tərcümə prosesinin əsasında duran dəyişilmənin və kommunikativ nəzərdə tutulmanın və səmərəliliyin lazimi dərəcəsini yaradır. 4. O elə bir çoxölçülü mürəkkəb kateqoriyadır ki, tərcüməçinin ixtisas təsnifatının xarakteristikasını dillərarası və mədəniyyətlərarası aktda həyata keçrməyə imkan verir: iki dili tərcüməçinin minumum bilməsi (həm orijinalın, həm tərcümənin) burada onların hər ikisi bir-biri ilə proyeksiya olunur, orijinal mətnin tərcüməçi tərəfindən interpretasiya olunması bacarığı ortaya çıxır, tərcümə texnologiyasına yiyələnilir, mətnin bu üslubda və janrda normalarını bilmək tələb olunur; tərcümə dilinin strategiyasını müəyyənləşdirən tərcümə normalarını bilmə; orijinal mətnin doğru-dürüst inpretasiyası üçün zəruri ümumi biliklərin müəyyən norması, xüsusən, uğurlu tərcümə üçün tərcüməçinin ixtisas çərçivələrində predmeti bilməsi olduqca vacibdir. Tərcuməçilik kompetensiyası anlayışı tərcümənin digər növlərinə tətbiq edilməklə konkretləşdirilə bilər və o, məsələn, bədii, xüsusən poetik tərcümə üçün zəruri olan yaradıcı bacarığı özündə əks etdirə bilər.